Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 11:58

Adı açıqlanmayan şirkət fındıq zavodunu ilkin hərrac qiymətinə - 37 milyon 744 min manata almağa boyun olub. Hazırda alqı-satqı müqaviləsinin bağlanması üzərində iş aparılır.

Hərrac avqustun 21-də rəqabətsiz şəraitdə keçib. Zavodu alan şirkət fəaliyyətdə olan biznesi təmsil edir. Bunu AzadlıqRadiosu-na əmlakın sahibi - «Aqrarkredit» QSC-nin əməkdaşı Şəmşir Qurbanov deyib. Onun sözlərinə görə, satışdan əldə olunacaq vəsait istiqrazların ödənilməsinə yönəldiləcək.

Buna da bax:​ Açılandan az sonra bağlanan müəssisələr

Daha öncə Novxanı kəndindəki «Fireland Vineyards» MMC-yə məxsus şərab zavodu ilkin hərrac qiymətinin yarısına – 3 milyon 75 min manata satılmışdı.

Pul ABB-yə yox, Mərkəzi Banka çatmalıdır

«Aqrarkredit» bank olmayan kredit təşkilatı 2015-ci ilin iyulundan bəri Azərbaycan Beynəlxalq Bankının (ABB-nin) problemli aktivlərinin idarə olunması ilə məşğuldur. Bank təxminən 10 milyard manat dəyərində aktivləri «Aqrarkredit»ə ötürüb. «Aqrarkredit» istiqraz buraxıb və onu illik 3 faiz dərəcəsi ilə Mərkəzi Banka satıb. İstiqrazların satışından gələn pul ABB-yə ödənilib. Qaydalara görə, problemli aktivlərin satışından əldə olunan vəsait istiqrazlar üzrə hesablanmış faizlərin ödənilməsinə və istiqrazların geri alınmasına sərf olunmalıdır.

Buna da bax:​ Zaqatala meşələrinə kimlər girişib? [fotolar]

«Aqrarkredit» QSC 2015-2016-cı illər, eləcə də bu ilin ilk yarısı üzrə maliyyə hesabatlarını açıqlamadığından, ABB-nin problemli kreditlərinin idarə olnması ilə bağlı aydın mənzərə yoxdur. O, indiyədək yalnız satışa çıxarılan bir neçə əmlakın (http://www.aqrarkredit-emlak.az/az/objects/4) adını elan edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG