Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:37

Daha bir neftçinin meyiti tapılıb


Estakada

Ötən həftə, avqustun 18-də axşamüstü «Daş Zirə» adasında tapılan meyitin kimliyinin aşkarlandığı bildirilir.

Xəbəri müxtəlif dövlət qurumlarının birgə yaratdığı və axtarışı yerinə yetirən Qərargah yayıb.

Xəbərə görə, aşkar edilən meyitin «Azneft» İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsinin əməkdaşı Samir Əsədov olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

2016-cı il dekabrın 15-də saat 5 radələrində «Azneft» İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma mədənində güclü külək səbəbilə estakadanın bir hissəsi və üzərindəki budka dənizə düşüb. Həmin budkada olan 10 nəfər neftçi də dənizə düşüb. Axtarış nəticəsində həmin gün bir, daha sonra isə səkkiz neftçinin meyiti tapılaraq ailəsinə təhvil verilib. Qərargah bildirir ki, bununla da həmin qəzada dənizə düşən bütün neftçilərin meyiti tapılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG