Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 07:43

'İqtisadi böhran hələ də 'dib'ə dəyməyib' - Media icmalı


Şuşa

Aqroparkların qeyri-neft sektorunun inkişafında rolu, beynəlxalq reytinq agentliklərinin Azərbaycanla bağlı neqativ proqnozları və Qarabağ münaqişəsi bu gün (22 avqust 2017-ci il) medianın aparıcı mövzularındandır...

YADDAN ÇIXMAZ QARABAĞ

Azadliq.info saytında «Qarabağa sahib ola biləcəyikmi?» sualına cavab axtarılır.

Müəllif Nəsimi Məmmədli Rusiya-Ermənistan birgə qoşun qrupunun yaradılmasından sonrakı şəraiti dəyərləndirir.

Yazıda hesab edilir ki, indiyədək aparılan siyasət faktiki olaraq dövləti olduqca əlverişsiz və zəif hala salıb:

«Öz vətəndaşlarından başqa heç kəsə güc göstərmək imkanı qalmayan hökumətin indi xarici təzyiqlər qarşısında müqavimət imkanları da xeyli tükənib və dövlət üçün real təhlükələr artmaqdadır. Xüsusilə də qlobal siyasi güclər arasında artan ziddiyyətlər ölkəmizi çətin dilemma qarşısında qoyur».

Müəllifin gəldiyi nəticəyə görə, son illər hakimiyyətin yürütdüyü siyasət Azərbaycanı Qərbdən bir xeyli uzaqlaşdırıb:

«Rusiyaya müttəfiqsiz və zəif Azərbaycanı öz birliyində görmək, Ermənistana isə Qarabağa sahib olmaq üçün Azərbaycan dövləti adından imzalanan təminatlı sülh müqaviləsi lazımdır. Ermənistan anlayır ki, danışıqlar sonsuza qədər uzana bilməz və bir gün müharibə yenidən alovlana bilər. Rusiyanın üzləşdiyi situasiyanı da təhlil edən erməni dairələri anlayır ki gələcəkdə Rusiyanın hərbi-siyasi dəstəyi öz həlledici əhəmiyyətini itirə bilər. Odur ki rəqiblər indi ən sərfəli variantları məhz bu əlverişli zamanda dəyərləndirməyə çalışırlar».

Ancaq müəllif hesab edir ki, Dağlıq Qarabağın statusu tərəflər arasında əsas fikir ayrılığı olaraq qalır:

«Azərbaycan ona ərazi bütövlüyü çərçivəsində ən yüksək statusu verməyə hazır olduğunu bəyan etsə də, bu, erməniləri qane etmir. Rusiyanın müəyyən etdiyi səddi aşaraq Azərbaycan hökumətinin hərbi əməliyyatlar aparmaq iradəsinin olmaması da onları xeyli arxayınlaşdırıb».

Böhran
Böhran

ÇIXIŞ YOLU DA GÖRÜNMÜR

«Novoye Vremya» qəzetində «Kredit reytinqi enir, nəticələr çıxarmaq lazımdır» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatının durumu ilə bağlı dəyərləndirmələri heç də xoş deyil. Hökumət belə dəyərləndirmələrdən nəticə çıxarmalıdır:

««Moody`s Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqlərini və təmin edilməmiş öhdəlik prioritetlərini «Ba-1» reytinqindən «Ba-2»yə endirib».

Müəllif yazır ki, agentlik reytinqlərin endirilməsini neftin aşağı qiymətə satılması, bank sektorunun zəifləməsi və iqtisadi artımın əldə edilməməsi ilə izah edib.

Müəllifin fikrincə, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan «Cənub Qaz Dəhlizi» üzrə reytinqin endirilməsi daha çox narahatlıq doğurmalıdır. Çünki söhbət çoxsaylı xarici investor və kreditorların iştirak etdiyi strateji enerji layihəsindən gedir.

Müəllif vurğulayır ki, bu layihənin reallaşdırılmasına 40 milyard dollar tələb edilir və burada xarici investorlar olmadan keçinmək mümkün deyil.

Yazıda bildirilir ki, ölkə iqtisadiyyatı 90 dollardan aşağı olmayan neftə elə vərdiş edib ki, «qara qızıl»ın qiymətindəki indiki sabitlik belə onu dayanıqlı saxlaya bilmir:

«Məsələn, az da olsa, ÜDM azalır, bu isə onu göstərir ki, iqtisadi böhran hələ də «dib»ə dəyməyib. Narahatlıq yaradan daha bir cəhət odur ki, heç kəs iqtisadiyyatın artımı üçün mənbə görmür. Azacıq ümid var ki, «Şahdəniz-2» layihəsi ilə durum yaxşılaşa bilər. Burada da hər şey sadə deyil, bir də görürsən ki, bazarda təklif tələbi üstələyir».

Şəmkir Aqroparkının Logistika Mərkəzi
Şəmkir Aqroparkının Logistika Mərkəzi

AQROPARKLAR

«Azərbaycan» qəzetində «Şəmkir Aqroparkında beynəlxalq konfrans keçirilib» sərlövhəli məqalə dərc edilib.

Müəllif xatırladır ki, Şəmkir Aqroparkının Logistika Mərkəzi bu günlərdə prezident İlham Əliyevin iştirakı ilə açılıb.

Yazıda bildirilir ki, beynəlxalq konfransın keçirilməsi həm Mərkəzin təqdimatına, həm də onunla tanışlığa həsr edilib. Konfransda aqrar sahədə dövlət siyasəti, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, istehsal olunan məhsulların ixracı və bu sahəyə dövlət dəstəyi məsələləri müzakirə edilib:

«Dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərə baxmayaraq, prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi təmin edilir. Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik islahatlar sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlığını möhkəmləndirir».

Yazıda vurğulanır ki, Şəmkir Aqroparkında ölkədə ilk dəfə müasir istixana kompleksi, şitillik, tinglik, intensiv bağçılıq təsərrüfatları, emal zavodları, tara istehsalı fabriki, soyuducu anbarı, logistika və aqroservis mərkəzi yaradılıb.

Müəllif yazır ki, mütəxəssislərə görə, regionlarda belə aqroparkların yaradılması ölkənin ixrac potensialının artmasında əhəmiyyətli rol oynayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG