Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 12:41

Rostovda fövqəladə vəziyyət elan edilib


Rostovda yanğının tüstüsü, 21 avqust, 2017

Rusiyanın Rostov şəhərində baş verən yanğına görə fövqəladə vəziyyət elan edilib.

“RİA Novosti”nin verdiyi xəbərə görə yanğın 25 yaşayış evini əhatə edir. Ərazidən 560 nəfər təxliyə edilib. Hadisə yerinə 400 adam, 200-dən çox texnika cəlb edilib.

Buna da bax:​ Moldovadan qovulan rusiyalı diplomatlar döyüşçü toplayırmışlar

FHN-dən bildirilir ki, yanğının ərazisi on min kvadrat metrə çatır. Yaxınlıqdakı kvartallara qaz və işığın verilməsi dayandırılıb.

“İnterfaks”ın verdiyi məlumata görə tibbi yardım üçün 9 nəfər müraciət edib onlardan 2-i xəstəxanaya yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG