Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:01

Ali məktəblərdə boş yerlər tutulur


Arxiv fotosu

Bu gün, avqustun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələrini açıqlayıb.

Bu haqda mərkəzin internet saytı xəbər verir.

DİM bu gün, avqustun 21-i həmçinin, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) keçirilən müsabiqənin nəticələrini də açıqlayıb.

Buna da bax:​ Tələbə qəbulu planı hələlik, 85 faiz dolub

DİM 2017-18-ci tədris ili üzrə ali təhsil müəssisələrinin 42 min 669 plan yerinin 85 faizinin dolduğunu açıqlamışdı.

Məlumatda qeyd edilirdi ki, 42 min 669 yer uğrunda müsabiqədə 42 min 804 abituriyent iştirak edib. Onlardan 36 min 428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunublar.

Avqustun 8-dən 14-nə kimi isə boş qalan yerlərə ixtisas seçimi olub.

Tələbə adı qazanmış şəxslər avqustun 25-dək qeydiyyatdan keçməlidirlər.

Buna da bax: 489 balla 'ortabab' universitetə yaxın düşmək olmur

Bu il Azərbaycanda ilk dəfə imtahanlar iki dəfə olub. Üstəlik, imtahanlar ödənişli əsaslarla təşkil edilib. İmtahanların qiyməti 10 manatdan 100 manat arasında dəyişir. Yalnız ilk dəfə imtahan verənlər ödənişdən azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG