Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 08:23

Bu gün, avqustun 21-i Bakının «Neftçi» Futbol Klubunun baş məşqçisi Elxan Abdullayev istefa verib. Klub rəhbərliyi artıq istefanı qəbul edib.

«Neftçi»nin Elxan Abdullayevlə yollarını ayırmasını ekspertlər təsadüf saymır.

Bu il Premyer Liqanın iki oyununda da «Neftçi» meydandan məğlub ayrılıb. Həm ilk qarşılaşmada öz meydanında «Qarabağ»a, iki gün öncə isə debütant «Səbail»ə məğlub olub.

«Neftçi» E.Abdullayevə kluba xidmətlərinə görə minnətdarlıq edərək, ona gələcək işlərində uğurlar arzulayıb.

E.Abdullayev ötən ilin sentyabrından «ağ-qaralar»ın sükanı arxasına keçmişdi.

E.Abdullayev 1970-ci il mayın 19-da Bakıda doğulub.

1987-ci ildə S.M.Kirov adına Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub.

2001-ci ildə Almaniyada Ali Məşqçilər Məktəbini bitirib.

Azərbaycanda ilk Pro-lisenziyalı məşqçidir. Azərbaycan, rus, ingilis, alman, çex, slovak və xorvat dillərini bildiyi söylənir. «Neftçi» PFK-nın sabiq oyunçusu və baş məşqçisi Ruslan Abdullayevin oğludur. Onun mərhum atası Azərbaycanın futbol üzrə yığma komandasına da rəhbərlik edib. Bir müddət Türkiyə çempionatında da çalışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG