Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 22:11

Həccə gedəcək zəvvarların səfər qrafiki açıqlanıb


Azərbaycanlı zəvvarlar həcc ziyarətinə yollandılar.
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Azərbaycanlı zəvvarlar həcc ziyarətinə yollandılar. Arxiv videosu - 2016

Azərbaycandan Həcc ziyarətindən ötrü Səudiyyə Ərəbistanına gedəcək zəvvarların yola düşmə tarixləri açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən xəbərə görə, zəvvarların ilk qrupu avqustun 24-də yola düşür. Digər zəvvarların avqustun 25-i, 26-da yola düşəcəkləri bildirilir.

Zəvvarların ziyarətdən qayıdışları sentyabrın 12-nə nəzərdə tutulur.

Bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfərin getməsi gözlənilir. Ziyarətə gediş yalnız təyyarələr vasitəsi ilə gerçəkləşir. Ziyarət zəvvarlara təqribən 3580 dollara başa gəlir.

2015-ci ildə Azərbaycanda iki devalvasiyadan sonra (manat dollara nisbətən iki dəfə dəyər itirib) manatla Həcc ziyarəti kəskin bahalaşıb. Son illər zəvvarların sayında bəlli azalma var. Hətta bu il Həccə Azərbaycandan əvvəlcə 600 zəvvarın gedəcəyi gözlənilirdi. Sonradan 300 nəfərin artdığı açıqlandı. Halbuki, ötən il kvota 1500 nəfərdən 1040 nəfərə endirilmişdi. 2015-ci ildə isə Azərbaycandan həccə 2400 zəvvar getmişdi. Əvvəlki illərdə bu rəqəm daha yüksək idi.

Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı bu il sentyabrın 1-i və 2-nə təsadüf edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG