Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:09

Avqustun 22-si Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi bildirilir. Şimal-şərq küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 23-25, gündüz 34-36, Bakıda gecə 22-24, gündüz 31-36 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, qarşıdakı günlərdə bəzi saatlarda durğun və nisbətən rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında da yağıntı gözlənilmir. Gecə 19-24, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG