Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 11:55

Rusiyada dünya çempionu öldürüldü (Video)


Rusiyanın Xabarovsk diyarında ağırlıqqaldırma (Powervlifting) üzrə Dünya və Avropa çempionu Andrey Drachev öldürülüb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videoda naməlum adamın ona hücum etdiyi göstərilir.

Dava zamanı dünya çempionu aldığı zərbədən yerə yıxılır, amma hücum edən onu yerdə də vurmaqda davm edir.

Xabarovsk diyarı istintaq komitəsinin məlumatına görə o, kəllə-beyin travmasından keçinib.

İnsident Xabarovskdakı kafelərdən birinin ətrafında baş verib.

Hücum edən hadisə yerindən qaçııb, amma onun kimliyi müəyyən edilib. İstintaq gedir.

32 yaşlı idmançı 120 kiloqramlıq çəki dərəcəsində çıxış edirdi.

O, karyerasını başa vurduqdan sonra bodibildinqlə məşğul idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG