Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 14:08

Prezidenti İlham Əliyev avqustun 20-də Gədəbəy rayonundan da Şəmkir rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, prezident keçmiş ölkə rəhbəri Heydər Əliyevin şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Sonra İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov prezidentə abidənin yerləşdiyi ərazidə və rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. O, bildirib ki,son illər bir sıra mühüm sosial-infrastruktur layihələri icra edilib, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni istirahət məkanları yaradılıb, yaşıllıqlar salınıb.

Daha sonra prezidenti İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib.

O, deyib ki, bu yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir.Ümumi uzunluğu 31 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. Yol iki hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 7 metrdir.

Prezident avqustun 20-si Şəmkir rayonunda öncə Gədəbəy rayonunda olub.O, Gədəbəy rayonunda “Gədəbəy Mineral Suları” MMC-nin limonad zavodunun,“Gədəbəy” elektrik yarımstansiyasının, Heydər Əliyev Mərkəzinin vəşəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.

lham Əliyev Şəmkirə səfəri çərçivəsində həmçinin Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub. Hosbital 2013-cü ildən fəlaiyyət göstərir.

Üstəlik, dövlət başçısı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialınının açılışını edib.

Ümumi sahəsi 1100 kvadratmetr olan filial binasının tikintisinə 2016-cı ildə başlanılıb. Binada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışmalıdır. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunmalıdır.

Prezident eyni zamanda “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin açlışında iştirak edib.

Prezident İlham Əlliyev dünən, avqustun 19-da isə Samux və Göygöl rayonlarında olmuşdu. O, Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun, “Yenikənd” yarımstansiyasının, "Çiçəkli” Su Elektrik Stansiyasının, Süni Mayalanma Mərkəzinin və yeni tikilən uşaq baxçalarının açılışına qtılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG