Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 17:54

Prezident İlham Əliyev bu gün, avqustun 19-da Göygöl rayonuna səfər edib.

Ölkə başçısının rəsmi internet səhifəsi xəbər verir ki, İlham Əliyev Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub. Rayon rəhbərliyi ona parkda aparılmış abadlıq-quruculuq işləri barədə bilgi veriblər.

İ.Əliyev parkdakı Böyük Vətən müharibəsi qurbanlarının abidə kompleksini də ziyarət edib.

Prezident Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışına da qatılıb.

Daha sonra Göygöldəki “Çiçəkli” Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra açılışını edən İ.Əliyevə onun özəllikləri barədə bilgi verilib.

Prezidentə bildirilib ki, 1927-ci ildə inşa edilmiş bu su elektrik stansiyası 1997-ci ildə sel nəticəsində tamamilə dağılaraq istismara yararsız vəziyyətə düşüb.
Daha sonra qeyd edilib ki, stansiya hazırda investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Burada əsaslı yenidənqurma işləri aparılıb, yeni avadanlıq quraşdırılıb.

“Çiçəkli” Su Elektrik Stansiyası iqtisadi və sosial cəhətdənəhəmiyyətli sayılır. İldə 20 milyon kVt-saat elektrik enerjisi istehsal etmə gücünə malik olan bu stansiya Göygöl rayonunun tələbatının 15, Göygöl şəhərinin tələbatının isə 75 faizini ödəməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG