Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 06:58

500-ə yaxın neo-nasist avqustun 19-da Berlində yürüşə çıxıb.

Onlar keçmiş nasist almaniyasının lideri Adolf Hitlerin müavini Rudolf Hess-in həbsxanada ölümünün 30-cu ildönümünü qeyd edirlər.

Neo-nasistlər Berlinin Şpandau rayonundakı dəmiryol vağzalının ətrafına toplaşıblar.

Eyni vaxtda bu ərazidə onlara qarşı aksiya təşkil edilib.

Rəqib qrupların toqquşmaması üçün əraziyə 1000-ə yaxın polis qüvvəsi yeridilib.

Hess 2-ci dünya müharibəsində roluna görə Nurumberq məhkəməsində ömürlük həbsə məhkum edilib.

1987-ci il avqustun 17-də həbsxanada ölüb.

Hakimiyyət onun özünə qəsd etdiyini deyir.

Amma neo-nasistlər onun həbsxanada öldürüldüyünü iddia edir və hər il xatirəsini yad edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG