Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 23:43

Müəllimlərin seçimində son mərhələ başlayır


Foto arxiv

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin son - müsahibə mərhələsi başlayır.

Təhsil Nazirliyinin avqustun 19-da yaydığı press-relizdə bildirilir ki, gələn həftə - avqustun 21-dən 26-na kimimüəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqənin müsahibə mərhələsi keçiriləcək.

Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatların namizədlərin şəxsi səhifəsinə göndərildiyi bildirilir. Müsahibə mərhələsinə dəvət edilən namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu, diploma əlavəni gətirməsi tələb olunur.

Nazirlik vurğulayır ki, müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmağa kifayət etməyən müəllimlərə də şans veriləcək. Onlar sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər.

Müsahibə mərhələsində 6 minə yaxın namizəd iştirak edəcək. Onların seçilmək şansı yüksəkdir, çünki müsabiqəyə çıxarılan vakant yerlərin sayı 8 mindir.

Xatırlatma

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə iyul ayının 1-də başlanıb. Müsabiqə 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

Rəsmi məlumata görə, imtahanlarda ümumilikdə 47 min nəfər iştirak edib.

2017-2018-ci tədris ilində məktəblərdə müəllimlərdən ötrü 8 min boş iş yeri müsabiqəyə çıxarılıb. Başqa sözlə, hər boş iş yeri uğrunda 6 nəfər mübarizə aparırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG