Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 03:33

Rusiya Barents dənizindən qanadlı raket buraxdı


Foto arxiv

Rusiyanın müdafiə nazirliyi “Kalibr” qanadlı raketinin sualtı qayıqdan buraxılmaının videosunu yayıb.

Barents dənizindəki “Severodvinsk” atom sualtı qayığından buraxılan raket Arxangels vilayətinin Çija poliqonundakı 600 kilometrlik hədəfə atılıb.

“İzvestiya” qəzetinin yazdığına görə, sınaq dəqiqliklə tam yerinə yetirilib.

Məlumata görə sualtı qayıqlar üçün nəzərdə tutulan “Kalibr” raketləri 2,5 kilometrlik məsafəni vura bilir.

Mənbənin yazdığına görə, 2017-ci ilin sonunadək Rusiya hərbi dəniz qüvvələrinin ixtiyarına bu raketlərlə təhciz olunmuş “Uraqan” gəmisi veriləcək.

Rusiyanın müdafiə naziri Sergei Shoygu 2017-ci ilin 2-ci rübündə müdafiə sənayesinin orduya “İsgəndər-M” komplekti, 11 təyyarə, 6 vertolyot, 60 qanadlı “Kalibr” raketi və digər növ silahlar verdiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG