Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:33

İspaniyada terrorçular 3-cü hücuma hazırlaşırmışlar


Barcelona, 18 avqust , 2017

Kataloniyada iki terror aktı törədənlər daha bir hücum planlaşdırırmışlar.

Bu barədə avqustun 18-də Reuters agentliyi xəbər verir.

Agentliyin məlumatına görə, polis 8 nəfərlik qrupun üstünü açıb.

Onların hamısı terrorçuluq fəaliyyətində şübhəli bilinir.

Müstəntiqlər hesab edir ki, qrup bu dəfə qaz balonlarını partlatmaq istəyirmişlər.

Qeyd edək ki, terrorçularbundan əvvəl-avqustun 17-də Barselonanın Rambla bulvarındayük maşını kütlənin üzərinə sürüblər.

Nəticədə 13 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Hücuma görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürüb.

Digər hücum isə Kambrilsa limanında törədilib.

Yaraqlılar piyadalara hücum edib, polislə atışmaya giriblər.

Nəticədə 7 nəfər xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG