Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:07

İlham Əliyev İspaniya kralına başsağlığı verib


Azərbaycan prezidenti İlham Əliyev İspaniya kralına Barselona şəhərində törədilmiş terror olaylarına görə başsağlığı verib.

Ölkə başçısı kral VI Felipeyə ünvanladığı məktubda terror xəbərlərindən sarsıldığını qeyd edib.

«Ölkənizdə törədilmiş dəhşətli terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi sarsıtdı. Dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürləri ilə qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik», - ölkə başçısının məktubunda yazılır.

XATIRLATMA

Dünən, avqustun 17-də Barselonanın mərkəzində terror olaylarının baş verdiyi bildirilir. Onların birində piyadalardan ötrü nəzərdə tutulmuş «Rambla» küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb.

Terror aktını törətməkdə şübhəli bilinən iki şəxs saxlanılıb. Sürücü hadisə yerindən qaçmağa müvəffəq olub.

İspaniya polisi xəbər verir ki, Barselona hücumu ilə eyni saatlarda təhlükəsizlik qüvvələri sahil şəhəri Kambrilsdə keçirilmiş reyd zamanı dörd terror şübhəlisini öldürüblər və bir şübhəli yaralanıb.

İspaniya polisi həmçinin, avqustun 17-də səhər Barselona yaxınlığındakı Alkanarda bir binanı dağıtmış partlayışı araşdırır.

Rəsmi məlumatlarda sözügedən üç olayın bir-biri ilə əlaqədar olduğu təsdiq edilib.

Barselonada terror aktı nəticəsində xəsarət alanların sayının 119 nəfərə çatdığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG