Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 02:28

'Azəri-Çıraq-Günəşli'də hasilat 12 faiz azalıb


Çıraq platforması

“BP-Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda bu ilin birinci yarısına aid hasilatın həcmini açıqlayıb.

Şirkətin bilgilərinə görə, yarımildə AÇQ-də hasilat 106 mln. bareldən çox olub.

Şirkət bildirir ki, yarımildə AÇG-dən hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

“Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” platformalarında gündə orta hesabla 585 min barel hasilat baş verib.

Hasilat ümumilikdə 106 mln. bareldən çox (14 mln. tondan artıq) olub.

Buna da bax:​ AÇG-də hasilat azalıb, gəlirlər artıb

Birinci yarımilin sonuna olan nəticələrə görə, AÇG-də 112 neft hasilat quyusu, 48 qaz və su injektor quyusu istismar edilib.

“BP-Azerbaijan”ın bilgilərinə görə, hasilat yarımildə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz azalıb.

ötən il Azəri-Çıraq-Günəşli (AÇG) yatağından gələn gəlirlər azalmışdı. Dövlət Neft Fondunun (DNF) bilgilərinə görə, Azərbaycan 2016-cı ildə AÇG-dən 5 milyard 100 milyon dollar gəlir əldə edib.

İllik gəlirdə azalma - 1 milyard 758 milyon dollar təşkil etmişdi. 2015-ci ildə AÇG-dən Neft Fonduna daxilolmaların ümumi məbləği 6 milyard 858 milyon dollar olmuşdu.

Buna da bax: Neft Fondu bir aya 373 milyon dollar satıb

DNF bu ilin birinci yarısında ayrılıqda AÇG-dən əldə olunan gəlirləri hələlik açıqlamayıb. Ancaq ekspertlər güman edirlər ki, hasilat azalsa da gəlirlər bir elə azalmayacaq. Çünki ötən illə müqayisədə neftin qiymətində artım var.

Xatırlatma

“Azəri-Çıraq-Günəşli” blokunda hasilat üzrə saziş 1994-cü ilin sentyabrında bağlanılıb.

Layihə iştirakçıları BP (35,78 faiz), Chevron (11,27 faiz), ExxonMobil (8 faiz), ONGC (2,72 faiz), SOCAR (11,65 faiz), Inpex Corp. (10,96faiz), ITOCHU Oil (4,3 faiz), Statoil (8,56 faiz) və TPAO (6,75 faiz) şirkətləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG