Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 11:57

Türkiyəli nazir Adil Öksüzün verilməsi ilə bağlı Almaniyalı həmkarına zəng elədi


Foto arxiv

Türkiyə, 2016-c il 15 iyul qiyamının əsas koordinatoru hesab etdiyi Adil Öksüzlə bağlı Almaniyaya rəsmi notanın ardınca bu ölkənin ədliyyə nazirliyinə müraciət edib.

Sozcu.com.tr saytının məlumatına görə,Türkiyənin ədliyyə naziri Abdülhamid Gül avqustun 17-də almaniyalı həmkarı Heiko Maas-a telefon açaraq bu məsələni müzakirə edib.

Türkiyəli nazir bildirib ki, söhbət zamanı iki ölkənin məhkəmə sistemləri arasında əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

O, söhbətin konstruktiv olduğunu deyir.

Qeyd edək ki, Türkiyə avqustun 16-da Almaniyaya etiraz notası göndərib.

Hurriyet.com və digər yerli kütləvi informasiya vasitələrinin (KİV) verdikləri məlumata görə, buna səbəb 2016-cı il iyulun 15-də Türkiyədə edilən uğursuz qiyam cəhdinin əsas koordinatoru hesab olunan Adil Öksüzün Almaniyada gizlənməsidir.

Kütləvi informasiya vasitələri yazır ki, rəsmi Ankara onun verilməsini tələb edib.

Qeyd edək ki, Türkiyə hakmiyyəti hazırda ABŞ-da olan ilahiyatçı Fətullah Güleni həmin qiyam cəhdinin əsas təşkilatçısı hesab edir və onun da verilməsini tələb edir.

Qiyam cəhdindən sonra Türkiyədə 160-dan çox mətbuat orqanı bağlanıb,150 mindən artıq adam, iştən kənarlaşdırılıb, təxminən 50 min nəfərsə həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG