Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 22:47

Avropa Birliyi sanksiyalardan qaçmaqda Rusiyaya kömək edib?


Vladimir Chizhov

“Avropa Birliyi nümayəndələrinin köməyi sayəsində Rusiyanın energetika layihələrinin bir qismi ABŞ-ın sanksiyaları altına düşməyib”.

RİA Novosti-nin məlumatına görə, bunu Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov “Sputnik” radiosuna müsahibəsində deyib.

Diplomatın sözlərinə görə Avropa Birliyində ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını birmənalı qarşılamırlar və Avropa Birliyi doğurdan da yeni sanksiyaların yumşaldılmasına çalışıb.

Çijov bildirib ki, bu xüsusilə Rusiyanın qaz kəmərlərinə aiddir.

O həmçinin, Rusiyanın beynəlxalq energetika layihələrində iştirakına imkan verən həddin 10 faizdən 33 faizə qaldırıldığını deyir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump avqustun 2-də Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG