Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:07

Naxçıvan irəli, digər bölgələr geri gedir?


Naxçıvan

Naxçıvan Muxtar Respublikasında bütünlükdə Azərbaycanın digər bölgələrindən fərqli olaraq, ümumi daxili məhsulun (ÜDM) artdığı bildirilir.

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 mlrd. 458 mln. 392 min 300 manatlıq ümumi daxili məhsulun istehsal olunduğu açıqlanıb. Naxcivantv.az saytının xəbərinə görə, bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1.7 faiz çoxdur.

«Hesabat dövründə hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5.2 faiz artaraq 3 min 240.2 manata çatıb. Muxtar respublikada yaranan ÜDM-nin tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 604 mln. 952 min manat dəyərində məhsul istehsal edilib. Bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1.2 faiz üstələyib», - məlumatda vurğulanır.

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə isə, bu ilin 7 ayında ölkədə bütünlükdə ÜDM 1 faiz azalıb. DSK Azərbaycanda sənayenin də 6 faizə yaxın gerilədiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG