Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 14:56

İraq İŞİD-in cinayətlərinin araşdırılmasını istəyir


Ibrahim al-Jaafari

İraq BMT-dən xahiş edir ki, «İslam Dövləti» (İŞİD) ekstremist qruplaşmasının insanlığa qarşı törətdiyi bildirilən cinayətlərlə bağlı dəlillərin toplanmasında ona yardım etsin.

Bu yaxınlarda Mosulu İŞİD-in nəzarətindən azad etmiş hökumət qüvvələri kütləvi qətl, cinsi istismar, arxeoloji xəzinələrin dağıdılmasına dair dəlil tapıblar. Bunu avqustun 16-da yayılmış məktubda İraqın xarici işlər naziri Ibrahim al-Jaafari yazıb. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasına beynəlxalq təhqiqatın başladılmasıyla bağlı qətnamə layihəsi təqdim olunacaq, Britaniya onlara həmin sənədin hazırlanmasında kömək edir.

Böyük Britaniyanın BMT-dəki səfirinin köməkçisi Jonathan Allen belə bir işin getdiyini təsdiqləyib və deyib ki, məqsədləri İŞİD-in gizlənməsinə imkan verməməkdir.

Rusiyanın səfiri Vassily Nebenzia Moskvanın qətnaməni dəstəkləyəcəyini bildirib.

Britaniyalı insan haqları vəkili Amal Clooney bu addımı alqışlayıb. Clooney İŞİD tərəfindən kütləvi qətl və cinsi istismara məruz qalmış İraqın yezidi dini azlığının hüquqlarını müdafiə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG