Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 03:09

BMT-nin Kosovo missiyasının rəhbəri xəbərdarlıq edir ki, Kosovo deputatlarının seçkidən iki ay keçməsinə baxmayaraq, hökumət formalaşdıra bilməməsi ölkənin «vacib» iqtisadi və sosial imkanları qaçırmasıyla sonuclanır.

Zahir Tanin avqustun 16-da bildirib ki, 11 iyun seçkisindən sonra yaranmış çıxılmaz vəziyyət ölkəyə maliyyə yardımı və sərmayəni ertələyib.

Avqustun 14-də parlament spikeri seçməyə beşinci cəhdi etsə də, alınmayıb. Bu da ölkədə siyasi böhranın yaranacağı və yeni seçkilərin keçirilə biləcəyi sarıdan qorxular yaradıb.

11 iyun seçkisində Kosovo Demokratik Partiyasının (PDK) rəhbərlik etdiyi koalisiya səslərin 35 faizini toplayıb. Koalisiyaya Kosovonun Gələcəyi uğrunda Alyans (AAK) da daxildir.

Prezident Hashim Thaci deyib ki, AAK lideri Ramush Haradinaj-a hökumət formalaşdırmağa mandat verəcək. Ancaq onun 120 yerlik parlamentdə spikerin təsdiqlənməsi üçün gərəkən 61 səsi almağa yetərincə tərəfdaş tapa bilməyəcəyi də ehtimal olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG