Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Avqust, çərşənbə, Bakı vaxtı 03:28

Binəqədi yağış dərdinə əlac tapacaqmı? Prezident 4 milyon ayırdı


Arxiv fotosu

Prezident İlham Əliyev Bakının 3 qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqda sərəncam verib.

16 avqust tarixli sərəncamda qeyd olunur ki, Bakının Binəqədi, Mehdiabad və Novxanı qəsəbələrində kanalizasiya şəbəkəsinin tikilməsi zərurəti yaranıb.

Buna da bax:​ Binəqədili: 'Kanaldan ilanlar çıxır, adam baxanda vahimələnir'

Bunun üçün də prezident “AzərSu” ASC-yə 4 milyon manat ayrılması haqda qərar verib.

Hər il Bakıya intensiv yağışlar yağanda paytaxtın yollarını su basır, evlər qrunt suları altında qalır. Ekspertlər deyirlər ki, buna səbəb paytaxtın kanalizasiya sisteminin normadan artıq yüklənməsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG