Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 07:49

Kiyev deyir ki, raket mühərrikini Şimali Koreyaya Rusiya verə bilər


Yuriy Radchenko

“Rusiya Şimali Koreyaya Ukrayna istehsalı olan raket mühərrikləri verə bilər”.

RİA Novostinin avqustun 16-da yaydığı məlumata görə, bunu Ukrayna Kosmik Agentliyinin sədri Yuri Radchenko “Ukrinforme” də keçirdiyi brifinqdə deyib.

“Operativ məlumata görə, bu gün Rusiyada 7-dən 20-dək “Tsiklon-2” və “Tsiklon-3” raketləri var ki, onlarda bu cür mühərriklər (RD-250) var.

Onun sözlərinə görə, bundan əvvəl Ukraynada istehsal olunan RD-250 mühərrikləri Rusiyaya göndərilirdi.

“Zvezda” televiziya kanalının məlumatına görə, Radchenko həmçinin deyib ki, artıq Ukraynada bu cür mühərriklər istehsal edilmir, bunun üçün imkan yoxdur.

Qeyd edək ki, The New York Times bundan əvvəl Şimali Koreyaya Ukrayna istehsalı olan raket mühərrikləri verilməsi barədə məlumat yayıb.

Kiyev məlumatı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG