Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:39

Abel Məhərrəmov tələbə yataqxanalarından danışdı


Abel Məhərrəmov

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 2017/2018-ci tədris ili üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu prosesi ilə tanış olub.

BDU-nun mətbuat xidmətinin yaydığı məlumata görə, Abel Məhərrəmov avqustun 16-da universitetin həyətində tələbələr və valideynlərlə görüşüb. Onların suallarını cavablayıb.

Abel Məhərrəmov çoxdan müzakirə olunan yataqxana probleminə də toxunub. Son vaxtlaradək məcburi köçkünlərin məskunlaşdığı yataqxananın yararsız vəziyyətdə olduğunu deyən rektor həmin binaların bir qisminin söküldüyünü yada salıb. Bildirib ki, bu ərazidə 7 min tələbənin məskunlaşa biləcəyi böyük yataqxana kompleksi inşa olunacaq. Amma dəqiq tarix, inşa işlərinə nə vaxt başlanacağını bildirməyib.

BDU-nun bakalavriatura pilləsinə builki qəbul planı 65 ixtisas üzrə 5 min 200 nəfərdir. Sənədlərin qəbulu prosesi avqustun 25-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG