Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 05:23

Elmar Məmmədyarov BMT-nin sabiq baş katibi ilə görüşüb


Ban Ki-moon

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 16-da BMT-nin sabiq Baş katibi Ban Ki-moon-la görüşüb. Moon Bakıya 41-ci Ümumdünya Skaut Konfransında iştirak etmək üçün səfər edib.

Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Elmar Məmmədyarov Ban Ki-moon-un BMT-nin Baş katibi kimi fəaliyyəti dövründə Azərbaycanla təşkilat arasında əməkdaşlığın inkişaf etdirilməsində oynadığı rolu təqdir edib.

Ban Ki-moon isə bildirib ki, iki ölkə arasında əlaqələri genişləndirmək üçün böyük potensial var. O, özəlliklə, neft, qaz, nəqliyyat, yüksək texnologiyalar və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və birbaşa uçuşların reallaşmasının vacibliyini vurğulayıb.

Ban Ki-moon Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətlə də maraqlanıb. Nazir Elmar Məmmədyarov danışıqlar prosesinin hazırkı durumu və statusu barəsində qonağı məlumatlandırıb və münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG