Keçid linkləri

Təcili xəbərlər
2018, 09 Dekabr, bazar, Bakı vaxtı 23:04

Rəsmi şəxslər ön cəbhədə


Zakir Həsənov

Avqustun 15-i baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada mövcud durumla tanış olmaq məqsədilə ön xətdə yerləşən bölmələrdə olub.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Xəbərə görə, təmas xəttindəki bölmələrdə hərbi qulluqçularla görüşən rəhbər heyətə mövcud vəziyyətlə bağlı məruzə edilib.

Baş nazirin birinci müavini və müdafiə naziri şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, onların qidalanması, əsgər yataqxanaları, sosial-məişət şəraiti və digər hərbi obyektlərlə tanış olublar.

Bundan başqa, hər iki rəsmi şəxs cəbhənin ön xəttində yeni inşa edilən hərbi şəhərcikdə yerinə yetirilən işlərin gedişatını da yoxlayıblar.

Ötən il cəbhədə baş verən aprel döyüşlərindən sonra müdafiə naziri və digər rəsmilər cəbhə zonasına tez-tez səfərlər edirlər. Üç gün çəkən həmin döyüşlərdə hər iki tərəf itkilər vermiş və Moskvada yenidən döyüşlərin dayandırılması ilə bağlı razılıq əldə edilmişdi.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən əsas atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG