Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 18:18

İran Suriya və Livanda silah zavodları tikir


Benjamin Netanyahu

İsrail mediası yazır ki, İran Suriyanın şimal-qərbində uzaqmənzilli raket istehsal edəcək zavod tikir.

Məlumatdakı peyk təsvirlərində Suriyanın şimal-qərbində tikilməkdə olan sahə əks olunub. Həmin ərazidə silah istehsal ediləcəyi və saxlanacağı iddia olunur.

İsrailin baş naziri Benjamin Netanyahu bu yaxınlarda xəbərdarlıq edib ki, İran Suriyada mövcudluğunu gücləndirir.

«Siyasətimiz aydındır: İranın və «Hizbullah» kimi qruplaşmalarının Suriyada hərbi güclənməsinə qarşıyıq və İsrailin təhlükəsizliyini qorumaqdan ötrü gərəkəni edəcəyik», – Netanyahu ötən həftə çıxışında deyib.

İran bu məlumatları rəsmi şərh etməyib. İsraili düşməni elan edən İran illərdir Assad-ı hərbi müşavirlərlə, müharibəni aparmağa yaraqlılarla təmin edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG