Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 06:34

Qəzəb və nifrət də xoşbəxtlik yaradırmış – araşdırma


Emotions

Adamlar istədikləri emosiyaları yaşayanda daha xoşbəxt olurlar. Bu emosiyalar xoşagəlməz də ola bilər, məsələn, qəzəb nə nifrət kimi. BBC bu yaxınlarda açıqlanmış bir araşdırma barədə yazır.

Beynəlxalq tədqiqatçıların araşdırması üzə çıxarıb ki, xoşbəxtlik təkcə məmnunluq hissi keçirmək, ağrıdan qaçmaq demək deyil.

DAHA XOŞ EMOSİYA YAŞAMAQ İSTƏYİRLƏR

İştirakçılardan soruşublar ki, hansı emosiyanı arzulayır və hiss edirlər. Cavablar onların ümumi xoşbəxtliklərini necə dəyərləndirməli, yaxud həyatdan məmnunluq hissləriylə müqayisə olunub.

Üzə çıxan odur ki, adamlar əslində daha xoş emosiyalar yaşamaq istəyirlər. Ancaq keçirdikləri hisslər arzuladıqları ilə üst-üstə düşəndə həyatdan məmnun qalırlar.

Bu araşdırmada Birləşmiş Ştatlar, Braziliya, Çin, Almaniya, Qana, Polşa və Sinqapurdan 2 min 300 universitet tələbəsi iştirak edib.

«Hətta elə də xoş olmayan, ancaq keçirmək istədiyin emosiyaları yaşayırsansa, özünü daha yaxşı hiss edirsən», – Qüdsdəki Yəhudi Universitetindən Dr. Maya Tamir BBC-yə deyib.

DAHA AZ SEVƏRSƏ...

Maraqlıdır ki, rəyi soruşulanların 11%-i sevgi və empatiya kimi müsbət emosiyaları daha az yaşamaq istəyiblər. 10% isə nifrət və qəzəb kimi mənfi emosiyaların «dadına daha çox baxmaq» arzularını dilə gətiriblər.

Dr. Tamir deyir ki, onu istismar edən partnyorunu tərk etmək istəyən, ancaq bunu edə bilməyən qadın onu daha az sevərsə, daha xoşbəxt olar.

Kembric Rifah İnstitutundan Dr. Anna Alexandrova-nın sözlərinə görə, bu tədqiqat adamların xoşbəxtlik haqda düşüncələrinə meydan oxuyur. Yəni, müsbət emosiyaların mənfiləri üstləməsinin xoşbəxtliyin ənənəvi ölçüsü olması məsələsi sual altına düşür.

ANCAQ NİFRƏT VƏ QƏZƏB

Mənfi emosiyalar içində ancaq nifrət və qəzəb öyrənilib.

Dr. Alexandrova deyir ki, «qəzəblə nifrət xoşbəxtliklə uzlaşa bilər, amma qorxu, günah, kədər, narahatlıq kimi hisslərlə bağlı bunu deməyə elə bir göstərici yoxdur».

Professor Tamir bu tədqiqatın klinik depressiya hallarına aid olmadığını söyləyir:

«Klinik depressiya durumunda olanlar digərlərindən daha kədərli və daha az xoşbəxt olmaq istəyirlər. Bu, problemi ancaq kəskinləşdirir».

Onun sözlərinə görə, bu araşdırma həmişə xoşbəxt olmaq gözləntiləri üzərinə də kölgə salır.

«Qərb mədəniyyətlərində adamlar həmişə özlərini yaxşı hiss etmək istəyirlər. Hətta vaxtın çox hissəsini yaxşı hiss etsələr belə, yenə də daha yaxşı hiss etmək istəyirlər və bu da onların ümumilikdə özlərini daha az xoşbəxt saymaları ilə sonuclana bilər», – o söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG