Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 15:10

Dağlıq Qarabağda daha bir Ermənistan əsgəri həlak olub


Foto arxiv

Dağlıq Qarabağda daha bir Ermənistan əsgəri həlak olub.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, insident avqustun 14-ü, saat 11 radələrində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Dağlıq Qarabağın şimal-şərqində baş verib.

Nəticədə 19 yaşlı əsgərArman Movsisyan aldığı güllə yarasından keçinib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG