Avqustun 15-i Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Xəbəri Mərkəzi Bank yayıb.
Xəbərə görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7008 səviyyəsində formalaşıb.
Bu gün, avqustun 15-də rəsmi məzənnəyə görə, 1 dollar 1.7007 manata bərabər olmuşdu.
Manatın bu il dollara nisbətən 4 faiz möhkəmləndiyi bildirilir.
Bu gün, avqustun 15-i manatın dövriyyəyə buraxılmasının 25 ili tamam olur.