Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:36

Bill Gates-dən rekord həddə yardım


Bill Gates

Microsoft şirkətinin banisi Bill Gates özünün xeyriyyə fondundan 4,6 milyard dollar ianə verib.

Bu barədə avqustun 15-də qiymətli kağızlar üzrə komissiya və ABŞ birjası məlumat yayıb.

Bu fondu Bill Gates-lə həyat yoldaşı Melinda yaradıb.

Bloomberg-in məlumatına görə, söhbət proqram təhcizatı ilə məşğul olan şirkətin 64 milyon aksiyasından gedir.

Bu, son 17 il ərzində onun ayırdığı ən böyük yardımdır və ümumi sərvətinin 5 %, Microsoft şirkətindəki payının isə 38 % təşkil edir.

Amma yardımın hara ayrıldığı açıqlanmır.

Qaydaya əsasən Bill və həyat yoldaşı Melinda özlərinin “Bill & Melinda Gates Foundation” xeyriyyə fonduna vəsait ayırırlar.

Bu fond ABŞ-ın təhsil sisteminin təkmilləşdirilməsi,səhiyyə xidmətinə dəstək və aclıqla mübarizəyə vəsaitlər ayırır.

Bill Gates və həyat yoldaşı 1994-cü ildən bu yana xeyriyyə məqsədlərinə 35 milyard dollar vəsait ayırıblar.

Buna baxmayaraq Bill Gates yenə də dümyanın ən varlı adamı olaraq qalır.

Hazırda onun 86,1 milyard dollar əsrvəti var.

Günün bütün mövzuları

XS
SM
MD
LG