Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 23:30

Bu gün, avqustun 15-dən ali məktəblərdə boş qalan yerlərə ixtisas seçimi başlayır.

Dövlət İmtahan Mərkəzinin açıqlamasına görə, ixtisas seçimi avqustun 19-na kimi internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə konkret ali məktəbdə boş qalan yerlər üzrə ixtisas kodlarını göstərməlidirlər.

Bu il ali məktəblərə keçirilən imtahanlar nəticəsində yerləşdirmə 85 faiz olub. I mərhələnin nəticəsinə əsasən, 6242 yer boş qalıb. Dövlət ali məktəblərində 3663, özəl ali məktəblərdə 2579 vakant yer var.

Bu il 36861 nəfər abituriyent tələbə adını qazanıb.

2017-ci ildə Azərbaycanda ilk dəfə imtahanlar iki dəfə olub. Üstəlik, imtahanlar ödənişli əsaslarla təşkil edilib. İmtahanların qiyməti 10 manatdan 100 manat arasında dəyişir. Yalnız ilk dəfə imtahan verənlər ödənişdən azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG