Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Avqustun 14-də üç il azadlıqdan məhrum edilmiş bloqqer Alexander Lapshinin apellyasiya verməsindən ötrü prosessual müddət başa çatıb. Hökm artıq, qüvvəyə minib. Bloqqer şikayət vermək hüququndan istifadə etməyib.

Bu haqda AzadlıqRadiosu-na onun vəkili Eduard Çernin bildirib.

Vəkil izah edib ki, hökm qüvvəyə mindikdən sonra İsrailin Ədliyyə Nazirliyi Azərbaycan tərəfə müraciət etməlidir.

Vəkili Eduard Çernin
Vəkili Eduard Çernin

“Prinsipcə, İsrail Lapshinlə bağlı müraciət etməyə hazır olduğunu bildirib, amma orada müəyyən prosedur var. Düşünürəm ki, yaxın 7-10 gün ərzində Alexander Lapshinin İsrailə ekstradisiyası üçün hansı addımların atılacağı aydın olacaq”, – deyə vəkil qeyd edib.

O, ekstradisiya haqqında müraciətə baxılmasının nə qədər vaxt aparacağını deməyə çətinlik çəkib.

Buna da bax: Lapshin İsrailə ekstradisiya olunmasını istəyir

“Müxtəlif hallar olub. Bəzən bu məsələlər bir gün ərzində həll olunub, bəzən isə yarım ay və daha çox”, - deyən vəkil vurğulayıb ki, Azərbaycanın ekstradisiya haqqında qanunu və müvafiq Avropa Konvensiyası məsələnin müsbət həllinə hüquqi əsas yaradır.

Xatırlatma

Alexander Lapshin həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşıdır. Rusiyanın hakimiyyət təmsilçiləri da onu ekstradisiya etmək istəyini dilə gətiriblər.

İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ora gedib.

Buna da bax: Lapshin 3 il müddətinə azadlıqdan məhrum edildi (Video)

Bundan başqa, Lapshinin özünün puerrtto (LiveJournal) səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, tanınmayan “Dağlıq Qarabağ”ı da müstəqil dövlət kimi qeyd etdiyi bildirilir.

Həmçinin, vurğulanır ki, O, ötən il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin «müstəqilliyini» dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar da səsləndirib.

2017-ci il yanvarın 17-də Belarusdan Azərbaycana ekstradisiya olunan Lapshin məhkəmədə özünü təqsirli bilmədiyini deyib.

İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlu sayılan bloqqeri 3 il azadlıqdan məhrum edib.

Hökmə görə, Lapshin-ə verilmiş Azərbaycan əleyhinə açıq çağırışlar ittihamı təsdiqini tapmayıb və CM-in 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ittihamdan çıxarılıb. Bloqqer yalnız sərhədi qanunsuz keçməkdə təqsirli bilinib və CM-in 318-ci maddəsi ilə 3 il həbs cəzasına məhkum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG