Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:49

Hindistan 40 min Rohinca müsəlmanını ölkədən çıxarmaq istəyir


Foto arxiv

Hindistan 40 min Rohinca müsəlmanının ölkədən çıxarılmasını planlaşdırır.

BMT onların bir hissəsini qaçqın hesab eləsə də Hindistan hökumətinin nümayəndəsi Reutersə bildirib ki, onlar ölkədə qeyri-qanuni məskunlaşıb.

Bu etnik azlıq vətənləri Myanmada dini zəmndə təqiblərə məruz qalır.

Məlumata görə BMT onları saxlamaq və ya deportasiya etməmək üçün 16 min nəfərdən çox Rohinca müsəlmanına şəxsiyyəti müəyyən edən sənəd təqdim edib.

Təşkilat bildirir ki, beynəlxalq qanun qaçqınların, təhlükə gözlənilən ölkəyə verilməsini qadağan edir.

Amma Hindistan hökuməti bildirir ki, ölkə qaçqın status ilə bağlı konvensiyaya imza atmayıb və bütün qanunsuz miqrantlar deportasiya ediləcək.

Rohinca müsəlmanları vətənləri Myanmada vətəndaşlıq ala bilmirlər.

5 il əvvəl Myanmada müsəlman azlıqğı ilə çoxluq təşkil edən buddist əhali arasında toqquşmalar başlayıb.

Myanma ordusunun ötən ilin oktyabrında Rohinca müsəlmanlarını öldürməsi barədə məlumatlar yayılıb.

Həmin vaxtdan bu yana Banqladeş və digər ölkələrə 75 mindən çox Rohinca müsəlmanı qaçıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG