Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 04:44

Daha 5 Krım tatarı saxlanıb


Foto arxiv

Daha 5 Krım tatarı saxlanıb.

Onlar 76 yaşlı Server Karametovun həbsinə etiraz olaraq avqustun 14-dəSimferopolda, Rusiya hakimiyyətinin nəzarətində olan Ali məhkəmə, daxili işlər nazirliyi, parlament və hökumət binasının qarşısında keçirilən aksiyada iştiraka görə saxlanıblar.

Bu barədə Azadlıq Radiosu vəkil Emil Kurbedinova istinadla xəbər verir.

Parkinson xəstəliyindən əziyyət çəkdiyi bildirilən Karametov, avqustun 8-də Simferopolda 2014-cü ildə yarımadanın Rusiya tərəfdən ilhaqından sonra həbs olunan krım tatarlarına dəstək göstərdiyinə görə saxlanıb.

O, polisə tabe olmamaq ittihamı ilə 10 sutka azadlıqdan məhrum edilib və 165 dollar məbləğində cərimə olunub.

Amnesty İntrnational təşkilatı Rusiya hakimiyyətini Karametovu təcili azad etməyə çağırıb və onu vicdan məhbusu adlandırıb.

Rusiya dəfələrlə Krım tatarlarının təqibinə görə beynəlxalq hüquq-müdafiə təşkilatları və qərb ölkələrinin tənqidi ilə üzləşib.

Krım tatarlarının əksəriyyəti yarımadanın Rusiya tərəfindən ilhaqına qarşı çıxırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG