Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:00

Rusiya rəsmisi ABŞ-ı Əfqanıstandan ordunu çıxarmağa çağırıb


Zamir Kabulov

“ABŞ hakimiyyəti Əfqanıstandan ordunu çıxarmalı və Vaşinqtonun uğursuz kampaniyasını dayandırmalıdır”.

RİA Novostinin avqustun 14-də yaydığı məlumata görə, bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi ikinci departamentinin direktoru Zamir Kabulov deyib.

“ABŞ ordusu orda heç nə edə bilmədiyinə görə, qoy Əfqanıstandan getsin.ABŞ-ın Əfqanıstandakı kampaniyası iflasa uğrayıb”, Kabulov bildirib.

O deyib ki, Rusiya Əfqanıstandakı müntəzəm ABŞ ordusunun özəl şirkətlərə məxsus muzdlularla əvəz edilməsinin əleyhinədir və bu yaxşı heç nəyə aparmayacaq.

Bundan əvvəl kütləvi informasiya vasitələrində ABŞ-ın belə bir planı olması barədə məlumat yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG