Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 07:20

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan 3,832 mlrd. kubmetr təbii qaz ixrac edib. Bu açıqlaman Dövlət Gömrük Komitəsi yayıb.

Komitə bildirir ki, bu 2016-cı ilin eyni dövrünün, eyni göstəricisi ilə müqayisədə 4,3 dəfə çoxdur.

Buna da bax: Azərbaycan qızıl ixracını 60 faiz artırıb

7 ay ərzində ixrac edilmiş “mavi yanacağ”ın dəyəri isə 669,182 mln. ABŞ dolları təşkil edib. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Hesabat dövründə təbii qaz ixracı ümumi ixracın 10,9 faizi qədər olub. İxracın ümumilikdə 80 faizə qədərinin neftin, qazın payına düşdüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG