Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:20

Çavuşoğlu:"Türkiyə Rusiyaya qarşı sanksiyaları dəstəkləmir"


Mevlut Çavuşoğlu

Türkiyə Avropa Birliyinin Krıma görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləmir.

“Hurriyet” qəzetininin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoglu bildirib.

Nazir qeyd edib ki, tərəflər məsələni dialoq və sülh yolu ilə həll etməlidirlər.

Çavuşoğlu bildrib ki, Rusiyaya qarşı beynəlxalq sanksiyalar Türkiyə iqtisadiyyatına ziyan vurur.

Qeyd edək ki, Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları gələn ilin yanvarınadək uzadıb.

ABŞ və Avropa Birliyi 2014-cü ildə Rusiyanın Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Kiyev və Qərb Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır və Krımın ilhaqını tanımırlar.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG