Keçid linkləri

2017, 14 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:18

DSK: '7 ayda Azərbaycanda ticarət dövriyyəsi artıb'


Dövlət Statistika Komitəsi

2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində 19 milyard manatlıq məhsullar satılıb. Bu göstərici əvvəlki ilin eyni dövrünün eyni göstəricisini 1,8 faiz üstələyir.

Dövlət Statistika Komitəsinin açıqlamasında belə deyilir.

Pulların çoxu yenə ərzağa gedir

Açıqlamada vurğulanır ki, ticarət dövriyyəsinin 9,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,4 faizi ərzaq məhsullarının, 5 faizi içki və tütün məmulatlarının payına düşür.

Buna da bax: Vasif Talıbovun oğlunun şirkəti büdcə sifarişlərini müsabiqəsiz qazanır

Qeyri-ərzaq malları...

Dövriyyənin 17,9 faizi toxuculuq məhsulları, geyimlərin, ayaqqabıların, 6,1 faizi elektrik mallarının, mebellərin, 5 faizi də avtomobil yanacağının payına düşüb. Habelə, 1,4 faizi əczaçılıq mallarının, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları, çap məhsullarının, 18,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Adambaşına nə qədər ticarət dövriyyəsi düşür?

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,2 manat təşkil edir. Bu 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39 manat çoxdur.

Dövlət Statistika Komitəsinin bundan əvvəl açıqladığı məlumatda isə bildirilirdi ki, bu ilin 6 ayında muzdla işləyənlərin gəlirləri təqribən 6,9 faiz artıb. İnflyasiya isə 14 faiz təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG