Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu gün, avqustun 11-də Moskvaya gedib.
Bu haqda xəbəri Müdafiə Nazirliyi yayıb.
Xəbərə görə, səfər Rusiya Federasiyası müdafiə naziri Sergei Shoigu-nun dəvəti ilə baş tutub.
Nazirlik bildirir ki, səfər çərçivəsində Z.Həsənov «Beynəlxalq ordu oyunları – 2017» yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.
Bu il iyulun 29-da start götürən «Beynəlxalq ordu oyunları – 2017» Rusiyanın təşəbbüsü ilə keçirilir. Həmin oyunlar Rusiya, Çin, Azərbaycan, Qazaxıstan, İran olmaqla, 5 dövlətin ərazisini əhatə edib.
Onun tərkib hissəsi olan «Dəniz Kuboku 2017» avqustun 1-dən 10-na kimi Bakıda keçirilib və ilk yeri Azərbaycan və Rusiya komandaları tutublar. Həmin müsabiqədə isə Azərbaycan və Rusiyadan başqa, İran, Qazaxıstan gəmiləri də iştirak edirdi.