Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:24

Bu gün, avqustun 11-i futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünə start verilir.

Mövsümün ilk oyununda ölkənin iki ən titullu komandası – Bakının «Neftçi» və Ağdamın «Qarabağ» komandaları qarşılaşacaq.

Baş hakim Əliyar Ağayevin idarə edəcəyi matç «Bakcell Arena»da keçiriləcək. Görüş saat 21:00-da start götürəcək.

Səkkizqat ölkə çempionu olan paytaxt komandası son illər uğursuz çıxış edir. Ağdam təmsilçisi isə ardıcıl dörd mövsüm çempionatın qalibi olub və qızıl medallara yiyələnib.

İlk turun oyunları üç günü əhatə edəcək. Premyer Liqanın «İnter Arena»da keçiriləcək «İnter» (Bakı) – «Qəbələ» matçı avqustun 12-də oynanılacaq. «Sumqayıt» – «Kəpəz» və «Zirə» – «Səbail» görüşləri isə bir gün sonra baş tutmalıdır.

Azərbaycan Premyer Liqasında 8 klub təmsil edilir.

Futbol üzrə Azərbaycan çempionatı 1992-ci ildən keçirilir. İlk mövsümdə də gənc ölkənin güclülər dəstəsində elə 8 komanda iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG