Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 12:28

Trump yenə İranın nüvə sazişini pozmasından danışır


Donald Trump

ABŞ prezidenti Donald Trump avqustun 10-da bir daha bildirib ki, İran 2015-ci il nüvə sazişinin «ruhuna əməl etmir». O, Tehranın altı ölkəylə bağladığı bu sazişi «qorxulu razılaşma» adlandırıb.

«Məncə, onlar razılaşmanın ruhuna əməl etmirlər. Şəxsən mənim fikrimcə, sazişi yerinə yetirmirlər. Ancaq vaxtımız var, görəcəyik», – Nyu-Cersidə işçi tətildə olan Trump jurnalistlərə deyib.

«Məncə, onlar sənədə əməl etməsələr, çox güclü şeylərin baş verdiyini görəcəksiniz», – prezident söyləyib.

Bu razılaşma İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tutub. Razılaşmaya necə əməl olunmasını monitorinq edən ABŞ və BMT qurumları İranın ümumilikdə sənədə əməl etdiyini bildirirlər.

İranın son raket sınaqlarına görə Birləşmiş Ştatlar ona bir neçə sanksiya qoyub. İran həmin sınaqların özünümüdafiə məqsədi daşıdığını, razılaşmanı pozmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG