Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 18:17

Quam adasına ballistik raket zərbəsi planı


Şimali Koreyanın Hvasong ballistik raketi

“Avqustun ortalarına ABŞ-a məxsus olan Quam adasına raket zərbəsinin planı hazır olacaq”. Bu, Şimali Koreyanın strateji qüvvələrinin baş komandanı general Kim Pak Gyom-un avqustun 10-da dövlət televiziyası ilə yayılan bəyanatında deyilir.

Plana görə, Şimali Koreyadan qalxan 4 Hvasong -12 ballistik raketi Yaponiya üzərindən keçərək Quam sahilin 30-40 km-liyində dənizi vuracaq.Yəni bir növ güc nümayişi olacaq.

Hərbçilərin planı hazır olandan sonra, Şimali Koreya lideri Kim Jong Un-a təqdim olunacaq. Son qərarı o, verəcək.

Bundan əvvəl ABŞ prezidenti Donald Trump bildirmişdi ki, Şimali Koreya ABŞ-ı hədələsə, Şimali Koreyaya “qəzəb və od-alov səpəcək”.

Buna da bax: ABŞ Şimali Koreyaya xəbərdarlıq edir ki…

ABŞ sahillərindən 9500 km məsafədə, Sakit Okeanda yerləşən Quam-ın 163 min əhalisi var. Burda ABŞ-ın Sakit Okeanda ən böyük hərbi dəniz və hərbi hava bazaları yerləşir.

Şimali Koreya Quam adasına raket zərbəsi ilə hədələyir
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Quam əhalisi Pxenyanın yeni hədəsini sakit qarşılayır. Adanın qubernatoru Eddie Baza Calvo deyir ki, Pxenyanın bu hədələri 2013-cü ildən səslənir.

Adanın sakinlərindən olan 29 yaşlı Jacob Martinez isə deyir ki, o, narahatdır, çünki uşaqları var. O ümid edir ki, böyük güclər bir araya gəlib, aralarındakı fikir ayrılığını yoluna qoya biləcək.

25 yaşlı yerli sakin Clarissa Baumgarthner isə deyir ki, o heç nədən narahat deyil. ABŞ onları qoruyacaq.

Quama dincəlməyə gəlmiş turist, Pekindən olan 35 yaşlı Zhao Liang da hesab edir ki, əslində atəşfəşanlıq olacaq, çünki Şimali Koreya raketləri bir qayda olaraq yarı yolda özləri partlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG