Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:30

Azərbaycan və Rusiya ‘Dəniz kuboku – 2017’in qalibləri oldu


Rusiya hərbi gəmisi Bakı buxtasında. 23 iyul 2017

Avqustun 10-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bazasında “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin yekunlarına dair hakimlər kollegiyasının yekun iclası keçirilib.

İclasda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin iştirakı ilə keçirilən müsabiqənin bütün mərhələ və epizodlarının yerinə yetirildiyi bildirilib.

Ümumi nəticəsinə görə Azərbaycanın HDQ-nin “G-124” gözətçi gəmisi və Rusiya Hərbi Dəniz Donanmasının (HDD) “Qrad Sviyajsk” kiçik raket gəmisinin heyətləri yekunda 246 bal toplayaraq müsabiqənin qalibləri elan ediliblər.

Buna da bax:​ Rusiya Qara Dənizdəki ABŞ gəmilərini özünə ciddi təhlükə sayır

İran HDQ-nin “Cövşən” raket kateri 234 balla ikinci və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisi isə 227 balla üçüncü yerləri tutublar.

Xatırlatma

Bakının ev sahibliyi etdiyi "Dəniz kuboku - 2017" müsabiqəsi avqustun 1-də başlamışdı.

İyulun 23-ü Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının «Qrad Sviyajsk» kiçik raket və «SB-45» xilasetmə yedək gəmisi yarışda iştirak etmək məqsədilə Bakıya gəlmişdi.

Buna da bax: R.Məmmədhəsənov: 'Məmur övladına nəzarət edə bilmirsə, o boyda camaatı necə idarə edəcək?'

Bundan əvvəl, iyulun 22-də isə İran Hərbi Dəniz Qüvvələrinin «Peykan», «Cövşən» raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin «Qazaxıstan», «Sarıarka» raket-artilleriya, «Jayık» hidroqrafiya gəmiləri Bakıya gəlmişdilər.

Yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edirdi.

Bu müsabiqə Beynəlxalq Ordu Oyunları çərçivəsində keçirilir. Beynəlxalq Ordu Oyunlarının keçirilməsi isə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşəbbüsü ilə təşkil olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG