Keçid linkləri

2017, 23 Avqust, çərşənbə, Bakı vaxtı 21:39

Kocarian: "Görüşdə məqsəd mümkün hərbi əməliyyatın qarşısını almaqdır"


Shavarsh Kocharian

“ATƏT-in Minsk qrupu həmsədrlərinin bu gün 1 başlıca tapşırığı var-mümkün hərbi əməliyyatın qarşısını almaq və gərginliyin azaldılmasına nail olmaq”.

Bunu Azadlıq Radiosunun Ermənistan xidmətinə Ermənistan xarici işlər nazirinin müavini Shavarsh Kocharian, nazirlərin sentyabrın ikinci yarısında Nyu-Yorkda nəzərdə tutulan görüşünə münasibət bildirərkən deyib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandian avqustun 9-da bildirib ki, hələlik Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə razılıq yoxdur.

Xarici işlər nazirlərinin görüşündə prezidentlərin görüşü barədə mümkün razılığa gəldikdə isə Kocharian deyib: “Təbii ki, əgər belə bir qərar qəbul edilsə, bu əvvəlcədən xarici işlər nazirləri səviyyəsində müzakirə olunmalıdır.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə 2016-cı ilin iyununda Rusiyanın Sankt-Peterbur şəhərində görüşüblər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG