Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 04:45

Daha 4 Krım tatarı həbs edilib


Foto arxiv

Krımda 4 Krım tatarı həbs edilib.

Azadlıq Radiosunun məlumatına görə, bu barədə avqustun 10-da yerli vəkil Emil Kurbedinov Feysbuk səhifəsində məlumat yayıb.

Onlar elə həmin gün səhər Beleqorsk şəhərindəki evlərində həbs olunublar.

Əməliyyatı Rusiya hüquq-mühavizə orqanlarının avtomatla silahlanmış əməkdaşları keçiriblər.

Hələlik onların həbsinin səbəbi bəlli deyil.

Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı ilhaq elədikdən sonra Krım Tatar Xalq Məclisi-nin fəaliyyəti qadağan edilib.

Məclis Krımın ilhaqına qarşı çıxır, Ukraynanın ərazi bütövlüyünün tərəfdarıdır.

Məclisin bir sıra üzvləri bundan sonra təqib və həbslərə məruz qalıb.

Beynəlxalq Haaqa məhkəməsi 2017-ci ildə Rusiyadan Krım tatarlarının hüquqlarına əməl olunmasını tələb edib.

Beynəlxalq aləm Krımın ilhaqını tanımır.

XS
SM
MD
LG