Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 19:26

Bakıda toz dumanı normanı bir neçə dəfə üstələyir


Toz dumanı (arxiv fotosu)

Bu gün, avqustun 10-u səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində Bakının bəzi yerlərində havada tozun miqdarı sanitar normanı bir neçə dəfə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatında belə deyilir.

Departament paytaxtda baş verən bu hadisəyə səbəb kimi yer səthindən tozun havaya qalxmasını göstərir.

Buna da bax:​ Dağlıq ərazilərdə yağış gözlənir

“Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib. Monitorinq nəticələrinə əsasən tozun miqdarının artması lokal xarakter daşıyır”, - departament bildirir.

Avqustun 7-dən etibarən ölkədə və eləcə də Bakıda havanın hərarəti +41 dərəcədən keçib. Hətta avqustun 9-da Bakıda 43-dərəcə isti olub. Avqustun 10-da külək əsməsilə quraqlığın nəticəsi olan toz dumanı paytaxt səması üzərinə qalxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG