Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:57

Prezidentlə qonşusansa, suyun olacaq


Prezidentin imarəti olmayan Beşkungöy kəndində
Prezidentin imarəti olmayan Beşkungöy kəndində

Qırğızstanın Beşkungöy kəndindən paytaxt Bişkekə 15 dəqiqəlik yoldur. Ancaq sanki ən ucqar yerdəsən. Əsas problem isə suyun olmamasıdır. Ən yaxındakı bulağa piyada, özü də bir neçə km getmək lazımdır. Əvvəlcə evlərin arası ilə, sonra kəskin enişlə.

Yerli sakin Ulan Bayzakov deyir ki, “Biz uşaqları su dalınca göndərmirik. Özünüz görürsünüz necə kəskin eniş-yoxuşdur”.

Ulan bütün günü işdə olur. Suyu onun xanımı daşıyır.

Bu kənddə evlərdə su kranları var. Ancaq su 3-4 gündən bir gəlir. Bəzən bir həftə su olmur.

Yerli sakin Aselya Ryskeldieva: "“Səhər suyu verirlər bəzən saat 9-da, ya 10-da. Bəzən də saat 1-də. Bilmək olmur. Verəndə də 3 saatlığa verirlər. Bu vaxt işdə oldunsa, susuz qalırsan”.

Sakinlərin sözlərinə görə, neçə ildir ki, kənddə gələn su borusu yolda partlayıb, şəhər hakimiyyətinin problemdən xəbəri də var, ancaq deyirlər ki, təmirə pul yoxdur.

Qonşu iki qəsəbədə isə su var. Çünki ölkə prezidenti Almazbek Atambayev yaxınlarda bu qəsəbələrdən birində özünə imarət tikdirib.

İstəyirsən suyun olsun, prezidentlə qonşu ol
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

“Bir bulak” ictimai birliyinin sədri Samat Kanatbekov: "“Keçən il prezident pul ayırdı, bu qəsəbələrə su çəkildi. 4 min adam yaşayan Beşkungöy kəndində isə cəmi iki nasos var.”

Bütün bunları prezident görmürmü və bilmirmi? Qırğızıstan prezidentinin qonşu kəndlərdəki bu problemdən xəbəri olub-olmadığı məlum deyil.

Amma buna bənzər problemlərdən tez-tez Azərbaycanda da şikayətlənirlər.

Bu görüntülər bir neçə il əvvəl Bakıda çəkilib. Prezidentin işə gedib-gəldiyi yol güzgü kimidir, yolun qırağındakı binaların üz örtüyü göz oxşayır, keçidlər mərmərlə bəzədilib.

Prezidentin getdiyi yolun bir addımlığında olan qonşu yol isə bu gündədir. Çünki burdan prezident keçmir...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG