Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 16:50

Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək


Avstraliya

Bu ilin oktyabrında Bakıda birinci Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək.

Bu haqda Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva Pert şəhərində Qərbi Avstraliyanın qubernatoru Kerry Sanderson-la görüşdə deyib.

Konsul vurğulayıb ki, forumda iki ölkədən onlarla iş adamının iştirakı planlaşdırılır.

Qubernator K.Sanderson həmçinin, iki dövlət arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.

Azərbaycandan Avstraliyaya, əsasən, xam neft və kiçik həcmdə meyvə şirələri ixrac edilir.

Avstraliyadan isə kərə yağı, digər süd məhsulları və maşınqayırma avadanlıqları ixrac olunur.

Avstraliya ilə ticarət əlaqələri Azərbaycanın xarici ticarət dövriyyəsinin 0.05 faizini təşkil edir.

2016-cı ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 21 milyard 650.8 milyon ABŞ dolları olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG